» » Bu gecədən hava qeyri-sabit keçəcək

Bu gecədən hava qeyri-sabit keçəcək

10:37, 15.09.20
Hava
Bu gecədən hava qeyri-sabit keçəcək
Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Xezer.info-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər:
Şərhlər: