» » Klublarımızın qış transferləri – kimlər gəldi, kimlər getdi?

Klublarımızın qış transferləri – kimlər gəldi, kimlər getdi?

21:25, 01.02.17
İdman
Klublarımızın qış transferləri – kimlər gəldi, kimlər getdi?
Bu gün Azərbaycanda 2016/17 mövsümünün qış transfer pəncərəsi bağlanıb.
Qol.az-ın məlumatına görə, Premyer Liqamızda iştirak edən klublar transfer fəaliyyətini yekunlaşdırıb.
Bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətinə cəlb edə bilər.
Azərbaycan klublarının 2016/17 mövsümü üçün qış transferlərinin siyahısı

“Qarabağ”
Gələn: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov (“İnter”)
Gedən: Namiq Ələsgərov (“Neftçi”), Emil Balayev (“Səbail”, icarə), Reynaldo (“Adanaspor”, Türkiyə)
Müqavilə müddətini artıran:
“Qəbələ”
Gələn: Araz Abdullayev (“Neftçi”), Daniel Subotiç, Rasim Ramaldanov

Gedən: Sadiq Quliyev, (“Zirə”), Petar Franyiç, Ehtiram Şahverdiyev
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı, Vojislav Stankoviç
“İnter”

Gedən: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”)
UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub növbəti iki transfer pəncərəsində yeni futbolçu ala bilməz.
“Sumqayıt”
Gələn: Sergey Çernışev, Fərhad Qıstarov, Ehtiram Şahverdiyev (“Qəbələ”)
Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov, Amit Quluzadə
Müqavilə müddətini artıran:
“Zirə”
Gələn: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev (“Qəbələ”), Akim Latifu, Ben Sanqare, Riçard Qadze
Gedənlər: Adil Şükürov (baş məşqçi), İsa Cəbiyev, Cəmil Hacıyev (hər ikisi “Şəmkir”), Yasin Həmid, Gerhard Proqni
Müqavilə müddətini artıran:
“Kəpəz”
Gələn: Sahib Abbasov (“Şəmkir”)
Gedən:
Müqavilə müddətini artıran:
“Neftçi”
Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), İqnasio Herrera (“İrtış” Qazaxıstan), Kirill Petrov (“Olimpik”, Ukrayna), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışov (“İnter”), Hüqo Barqas
Gedənlər: Eltun Yaqublu (“Səbail”), Elşən Abdullayev (“Qarabağ”), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov, Araz Abdullayev (“Qəbələ”), Orxan Qurbanlı, Eltun Yaqublu (“Səbail”, icarə)
Müqavilə müddətini artıran: Boban Baykoviç
AZAL
Gələn: Omeqa Roberts (“Domje Srem”, Serbiya), Tərlan Qasımzadə (“Mil-Muğan”), Arkadi Qalperin (“TSK Tavriya”, Rusiya), Frank Oliver Madu (“Sent-Jenevyev”, Fransa), Baba Qullit
Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov, Rəşad Əzizli, (“Səbail”, icarə), Ruslan Nəsirli (MOİK), Fərhad Budaqov, Mahsun Qəmbərli, Hossain Qolamit
Oxşar xəbərlər:
Şərhlər: