» » Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı

Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı

20:09, 21.08.20
İdman
Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib.

Axar.az xəbər verir ki, açılış matçı Sumqayıtda keçirilir. Yerli komanda "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edir.

Start fitindən əvvəl stadionda ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Günün ikinci oyunu saat 20:30-da "Bakcell Arena"da "Neftçi" və "Səbail" komandaları arasında olacaq.

Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.
Oxşar xəbərlər:
Şərhlər: