» » Dünyanın ən çox qazanan futbolçusu açıqlandı (SİYAHI)

Dünyanın ən çox qazanan futbolçusu açıqlandı (SİYAHI)

10:54, 15.09.20
İdman
Dünyanın ən çox qazanan futbolçusu açıqlandı (SİYAHI)
“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Fanat.az xəbər verir ki, siyahıya Argentina millisinin və “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir. 33 yaşlı hücumçu bu il 126 milyon dollar qaanlıb.

Onu 117 milyon dollarla Portuqaliya millisinin və “Yuventus”un ulduzu Kriştianu Ronaldu izləyir. İlk “üçlüy” Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar qapayır – 96 milyon dollar.

1. Lionel Messi (“Barselona”) – 126 milyon dollar
2. Kriştianu Ronaldu (“Yuventus”) – 117 milyon dollar
3. Neymar (PSJ) – 96 milyon dollar
4. Kilian Mbappe (PSJ) – 42 milyon dollar
5. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 37 milyon dollar
6. Pol Poqba (“Mançester Yunayted”, İngiltərə) – 34 milyon dollar
7. Antuan Qrizmann (“Barselona”) – 33 milyon dollar
8. Qaret Beyl (“Real Madrid”, İspaniya) – 29 milyon dollar
9. Robert Levandovski (“Bavariya”, Almaniya) – 28 milyon dollar
10. David De Xea (“Mançester Yunayted”) – 27 milyon dollar
Oxşar xəbərlər:
Şərhlər: