» » Mədət Quliyev: "Növbəti yarışlarımızda daha çox idmançı olacaq"

Mədət Quliyev: "Növbəti yarışlarımızda daha çox idmançı olacaq"

19:34, 10.07.22
İdman
Mədət Quliyev: "Növbəti yarışlarımızda daha çox idmançı olacaq"
"Növbəti beynəlxalq yarışlarımızda daha çox idmançı olacaq".

Bunu "Report"a açıqlamasında müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə bağlı danışarkən deyib.

O, Qarabağın digər bölgələrində də yarışların keçirilə biləcəyini söyləyib: "Hər il belə turnirlər təşkil etmək planımızda var. Zəfər yolu peşəkar velosipedçilər üçün çox maraqlıdır. 71 km uzunluğu olan yolda yoxuşun hündürlüyü 2 km 450 metrə yaxındır. Bu da velosipedçilərə maraqlı gəlir".

"Bu gün ulu öndər Heydər Əliyevi yada salmamaq olmaz. Onun ruhu buradadır. Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan ulu öndərin dediyi yolla gedir. Onun nəticəsidir ki, Prezidentimiz 2020-ci ildə 44 gün ərzində torpaqlarımızı bizə qaytardı. Bu gün qısa zamanda gözəl infrastruktur hazırlanıb. Müxtəlif ölkələrin təmsilçiləri də yolun çox yaxşı olduğunu bildiriblər. Turnir Zəfər yolunda baş tutdu. Prezident İlham Əliyev tərəfindən hazırlanan bu yolda belə yarışın keçirilməsi bizim xalqımızın, belnəlxalq velosiped idmanının beynində həkk olunacaq və tarixən qalacaq", - deyə, M.Quliyev bildirib.
Oxşar xəbərlər:
Şərhlər: