» » Qurban Qurbanov: "Yuxuda Şuşanı görmüşdüm"

Qurban Qurbanov: "Yuxuda Şuşanı görmüşdüm"

23:56, 12.07.22
İdman
Qurban Qurbanov: "Yuxuda Şuşanı görmüşdüm"
"Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib:

"Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm".

Qeyd edək ki, iyulun 10-da Şuşada ilk beynəlxalq turnir keçirilib. Bu, "Əziz Şuşa" adlı velosiped yarışı olub.
Oxşar xəbərlər:
Şərhlər: