» » "Real Madrid" "Napoli"nin yarımmüdafiəçisi Kvaratsxeliya ilə maraqlanır

"Real Madrid" "Napoli"nin yarımmüdafiəçisi Kvaratsxeliya ilə maraqlanır

11:29, 11.09.22
İdman
"Real Madrid" "Napoli"nin yarımmüdafiəçisi Kvaratsxeliya ilə maraqlanır
İtaliyanın "Napoli" futbol klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Real Madrid"in maraq dairəsinə düşüb.

Trend-in məlumatına görə, bu barədə "Fichajes" xəbər verib.

Məlumata görə, İspaniya klubu gürcü yarımmüdafiəçini Marko Asensio əvəzedicisi kimi nəzərdən keçirir.

21 yaşlı gürcü futbolçu avqustda "Napoli"nin dörd oyununda üç qol vurub və bir məhsuldar ötürmə edib.
Oxşar xəbərlər:
Şərhlər: