» » Rauf Əliyev “Qarabağ”ı təbrik edib

Rauf Əliyev “Qarabağ”ı təbrik edib

11:26, 16.09.22
İdman
Rauf Əliyev “Qarabağ”ı təbrik edib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. “Qarabağ” Fransa təmsilçisi “Nant” üzərində 3:0 hesabı ilə möhtəşəm qələbə qazanıb. Komandanın məşqçisi Qurban Qurbanov bu qələbənin şəhidlərimizə və ordumuza həsr edildiyini bildirmişdir.

Klub rəhbərliyini, məşqçi heyyətini və komandanın üzvlərini, UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Nand” klubu üzərində möhtəşəm qələbə qazanmaları münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.

Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev.
Oxşar xəbərlər:
Şərhlər: