» » Bu gün Azərbaycan millisi polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq

Bu gün Azərbaycan millisi polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq

14:18, 18.09.22
İdman
Bu gün Azərbaycan millisi polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Sentyabrın 18-də Bakıda keçirilən polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.

Trend xəbər verir ki, qarşılaşmada Azərbaycan və İsveçrə yığmaları fəxri kürsünün üçüncü yeri üçün mübarizə aparacaqlar.

Binə Atçılıq Mərkəzində keçiriləcək görüş saat 12:00-da başlayacaq.

Azərbaycan Respublikası Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak edir.
Oxşar xəbərlər:
Şərhlər: