» » Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında bürünc medal qazanıb

22:34, 18.09.22
İdman
Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında bürünc medal qazanıb
Sofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə 39-cu dünya çempionatında qrup hərəkətləri üzrə Azərbaycan komandası üç lent və iki topla proqramda bürünc medal qazanıb.

Trend xəbər verir ki, Azərbaycan komandasının tərkibində Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Zeynəb Hümmətova çıxış ediblər.

Üç lent və iki topla hərəkətlərə görə Azərbaycan komandası hakimlər tərəfindən 30,750 xal alaraq üçüncü yeri tutub. Birinci yeri Bolqarıstan komandası, ikinci yeri isə İtaliya komandası tutub.
Oxşar xəbərlər:
Şərhlər: