» » "Planet" şadlıq sarayının rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

"Planet" şadlıq sarayının rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

19:31, 14.07.22
Kriminal
"Planet" şadlıq sarayının rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb
"Planet" şadlıq sarayının rəhbəri Vüqar Şirinovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Sonxeber.az "kriminalqafqaz"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsində qərar çıxarılıb.

Məhkəmədə məlum olub ki, V.Şirinovun 6 min manata yaxın vergi borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəmədiyi üçün Dövlət Vergi Xidməti sahibkar barəsində məhkəmədə iddia qaldırıb. Məhkəmənin qərarı ilə V.Şirinovun Azərbaycan hüdudlarəndan kənara çıxmasına məhdudiyyət qoyulub.

Qeyd edək ki, V.Şirinov bir neçə il əvvəl "Planet" şadlıq sarayının arxasındakı qiymətli ağacları kəsdirdiyi üçün həbs edilmişdi.
Oxşar xəbərlər:
Şərhlər: