» » Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – vətəndaşlar imdad diləyir

Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – vətəndaşlar imdad diləyir

19:36, 14.09.20
Manşet
Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – vətəndaşlar imdad diləyir
Dünyanın avtomobil istehsal edən nəhəng şirkətləri ilə Azərbaycan gömrüyü sanki, şərikdir. Halbuki həmin şirkətlər avtomobil istehsalı üçün aldıqları xammal az qala avtomobilin satış qiymətinin 60 faizi qədərdir. Azərbaycan gömrüyü isə 1 qara qəpik xərcləmədən avtomobilin dəyərindən artıq rüsum almaqla istehsalçıan artıq qazanır.
Belə bir alver, rüsum alma proseduru heç bir dövlətdə, heç bir qanunda, kitabda yoxdur. Ölkə xaricində 2 min manata alınan avtomobilə görə Azərbaycan gömrüyündə 4 min rəsmi, 700-800 manat qeyri-rəsmi ödəniş tələb olunur. Bu nonsensdir və dəhşətli reallıqdır!
Xaricdən ölkəyə Opel, Kia, Hundai markalı, kiçik həcmli mühərrikli nəqliyyat vasitəsi gətizdirən Azərbaycan vətəndaşı deyir ki, məsələn “Tayota Prius” hibrid mühərrikli maşınlar görə Azərbyacan gömrüyündə rüsum kimi 4200 manat alırlar. Halbuki rəsmi rüsum 3300-3500 manat müəyyənləşib. Həmsöhbətimiz olan Azərbaycan vətəndaşı deyir ki, E bay Kleinzeigen, Mobile.de saytı üzərindən Almaniyadan 1.3 mühərrik və 1.4 mühərrik 2 nəqliyyat vasitəsi alıb.
Həmin maşınların ölkəyə gətirilməsi üçün Azərbaycan vətəndaşı 1000 avro civarında gətirilmə xərci çəkib. Daşıma xərci gömrük rüsumuna daxil deyil. Maşın Almaniyada 1400 avro alınıb. Normalda gömrük kalkulyatorunda 1364 həcm mühərrikli nəqliyyat vasitəsinə Almaniyada 1400 avro ödəyən Azərbaycan vətəndaşı 1653 dollar – 2828 manat ödəməlidir. Amma gömrükdə 3500 manat rüsum alınır. Bu zaman vətəndaşa rüsum ödəməsi haqda sənədin surətini verirlər. Vətəndaşdan artıq, əlavə pul alınır. Deyilir ki, qiymət real deyil. Faktiki isə həmin real qiymətlər var və bunu gömrükçülər də çox yaxşı bilir.
Bununla belə vətəndaşın məhkəməyə müraciət etməsi ona çox böyük xərclər bahasına başa gəlir. Azərbaycan vətəndaşları gömrükdəki əlavə xərcləri qarşılamaq üçün maşınlardakı katalizatorları Gürcüstan ərazisində 300 manatdan 500-700 manata satırlar. Nəticədə Avro-4 standartına cavab verən nəqliyyat vasitəsi avtomatik standartdan kənar hala gəlir. Bu da respublika ərazisində mühərriklərdən ayrılan tullantı qazlarının birbaşa havaya qarışmasına gətirib çıxarıb. Bu da son nəticədə xərçəng kimi ölümcül xəstəliklərə yol açır. Gömrükdəki olduqca böyük rüsum və əlavə pulların alınması məsələsi illərdir ki, gündəmdədir. Lakin kimsə məhkəmələrə baş vurub məsələni çözmək istəmir. Çünki bu halda vətəndaş daha böyük ziyanla üzləşə bilər. Məhkəmə çəkişməsi dövründə gömrükdə nəqliyyat vasitəsinin saxlandığı hər günə görə 10 manat rüsum alınır. Məhkəmə isə illərlə çəkə bilər.
Həmsöhbətimiz deyir ki, gömrük rəsmiləşdirməsindən əlavə maşınlara nömrə nişanı almaq da bir başqa zülmdür. Nömrə üçün 78 manat dövlət rüsumu ödənməlidir. Amma vətəndaş nömrə almaq üçün 150 manat xərcləyir. Məsələn Azərbaycanda 1700 dollar gömrük rüsumu alınan kiçik həcmli mühərrikə malik “Opel” üçün qonşu Gürcüstanda 500 dollar gömrük rüsumu alınır. Üstəlik 60 gün ərzində gömrük rəsmiləşdirilməsi üçün müddət verilir. Həmin müddətə yaxın ölkədən çıxıb geri dönməklə daha 60 gün də maşını Gürcüstan ərazisində idarə etmək olur.
Həmsöhbətimiz deyir ki, Gürcüstan avtomobil biznesdə Azərbaycandan dəfələrlə artıq qazanır, Gürcüstan vətəndaşlarının öz gömrük orqanlarında son qəpik-quruşları əllərindən alınmır.
“Saakaşvili bir qərar verdi, dağın döşündə əkin-biçinə yararsız sahədə dayanacaq düzəltdilər. Maşın Batumuyə çatdısa, orada otel, maşının təkərinə hava vurmağa da pul ödənir. 1 Azərbaycan vətəndaşı Gürcüstana maşın gətirməyə, almağa gedəndə orada azı 200-300 dollar pul xərcləyir” –deyə həmsöhbətimiz bildirib.
criminal.az
Oxşar xəbərlər:
Şərhlər: