» » Məcburi köçkünlərin qayıdışı ilə bağlı daha bir açıqlama

Məcburi köçkünlərin qayıdışı ilə bağlı daha bir açıqlama

20:57, 15.11.20
Manşet
Məcburi köçkünlərin qayıdışı ilə bağlı daha bir açıqlama
İşğaldan azad olunan bölgələrimizə köçürüləcək əhalinin gələcəkdə sayında artım müşahidə olunacaq. Bəs əhalinin gələcəkdə demoqrafik göstəricilərinin müsbətə doğru dəyişməsində hansı güzəştlər və tezislər tətbiq olunacaq?


Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, bu məsələ hökümətin diqqət mərkəzindədir: "Böyük qayıdış proqramı hazırlanacaq və bu proqram çərçivəsində kimlərin hansı vaxt və mərhələdə qayıdacağı, qayıdanlar üçün yaradılacaq təminatların hamısı öz əskini tapacaqdır. İşğaldan azad olunmuş torpaqlarımızdakı məntəqələrimiz, kəndlərimiz, qəsəbələrimiz və şəhərlərimiz hamısı bərpa olunacaq. İlk növbədə öz dədə-baba yurdundan qovularaq məcburi köçkün düşən insanlar torpaqlarına geri qayıdacaq. Daha sonra digər sıravi vətəndaşlarımız öz arzusu ilə gedib orada çalışa, öz biznesini qurub, həyatını orada davam etdirə bilər. Onlar üçün də hökümətimiz lazımi imkanlar yaradacaq. İş, sosial müdafiə təminatı, təhsil, mədəniyyət, səhiyyə, idman və digər problemlərinin hamısı həll olunacaq".

M.Quliyev qeyd edib ki, bunlar hamısı kompleks şəklində həyata keçiriləcək və dövlət proqramı çərçivəsində ardıcıllıqla olacaq. Ərazilər təmizlənərək təhlükəsiz vəziyyətə gətirməli və infranstrukturlar hazırlanmalıdır. Kəndlər, şəhərlər bərpa olunmalı ona uyğun olaraq repatriasiya proqramları bərpa olunaraq, insanlar öz dədə-baba yurdlarına geri qayıdacaqlar. Orada həyatı canlandırmaq və insanlarımızı oraya köçməyə cəlb etmək üçün lazımi təşviqat işləri aparılacaq və eyni zamanda müəyyən təminatlar da yaranacaqdır. Bunların hamısı dövlətin tənzimləyici funksiyası hesabına həyata keçiriləcək.

"Qarabağ torpaqları olduqca bərəkətli torpaqlardır, eyni zamanda oranın iqlimi, relyefi elədir ki, orada həm turizmin, həm də kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Və biz o potensialdan səmərəli şəkildə istifadə edəcəyik".
Oxşar xəbərlər:
Şərhlər: