» » Qorxmaz Hüseynovun SOCAR-da vəzifə tutan qardaşının biznes imperiyası: “zapravka”lar, hamamlar, zavodlar – Şok siyahı

Qorxmaz Hüseynovun SOCAR-da vəzifə tutan qardaşının biznes imperiyası: “zapravka”lar, hamamlar, zavodlar – Şok siyahı

11:43, 04.06.21
Manşet
Qorxmaz Hüseynovun SOCAR-da vəzifə tutan qardaşının biznes imperiyası: “zapravka”lar, hamamlar, zavodlar – Şok siyahı
“Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun qardaşı, SOCAR-ın Neft qazma trestinin rəis müavini olan Faiq Hüseynovun biznes imperiyası üzə çıxıb. TİA.Az-ın əldə etdiyi məlumata görə, F.Hüseynovun əmlaklarının siyahısında “Linkoyl” yanacaqdoldurma məntəqələri başda gəlir.
Bu YDM-lərin adı “Lukoil”lə oxşsar olsa da, fərqli firmadır və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərir. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, “Linkoyl” yanacaqdoldurma məntəqələrində yanacaq kifayət qədər keyfiyyətsizdir.
F.Hüseynovun biznes səltənətində ikinci yeri isə hamamlar tutur. Bakıda “Bəy” hamamı, “Atilla” hamamı və daha 7 hamam onun gəlir mənbələri sırasındadır. Q.Hüseynovun qardaşı hətta obyektlərindən birini “Azərsu” ASC-nin Xətai rayon idarəsinə icarəyə verib.
Bundan başqa, paytaxtda “ekologiya postu” adlanan yerin arxasında “Şamlıq” istirahət mərkəzi də F.Hüseynova məxsusdur. Yeri gəlmişkən, hazırda həbsdə olan Ata Abdullayev adlı şəxs həmin restoranda karantin vaxtı toy keçirilməsini aşkarlamış və ictimailəşdirmişdi.
TİA.Az-ın xəbərinə görə, SOCAR-da vəzifə tutan F.Hüseynovun Xətai rayonunda restoranları, obyektləri yüksək məbləğə arendadır. Həmin obyektlər onun bacısı oğlu Habil tərəfindən idarə edilir.

Məlumata görə, F.Hüseynovun biznes imperiyası bununla məhdudlaşmır, onun kərpic zavodları, Şabranın Kirvan kəndində isə Hüseynov qardaşlarının vilları var. Hətta deyilənə görə, villanın birində zoopark yaradıb. Dünyada olmayan quşlar F.Hüseynovun malikanəsində saxlanır.
Eyni zamanda paytaxtın “Montin” ərazisindəki evində təkcə kosmetik villasına 1 milyondan çox pul qoyub. Mənbə bildirir ki, F.Hüseynovun gözü doymayıb, Pirallahıda çörək zavodu da işləyir. Həmçinin, plastik boru buraxan zavod – “Azərtexnolayn” da ona məxsusdur.

P.S.Məsələyə münasibət öyrənmək üçün qarşı tərəflə əlaqə saxladıq. Faiq Hüseynov əməkdaşımıza açıqlamasında bildirdi ki,sadalananların heç biri ona məxsus deyil. O həmin obyektlərin bəzilərinin bacanağının olduğunu, bəzilərinin isə sahiblərini tanıdıqlarını desə də, ona aidiyyatının olmadığını bildirdi.
Oxşar xəbərlər:
Şərhlər: