» » ZAKİR HƏSƏNOV MİLYONÇU İCRA BAŞÇISININ OĞLUNA DİPLOM VERDİ – FAKT

ZAKİR HƏSƏNOV MİLYONÇU İCRA BAŞÇISININ OĞLUNA DİPLOM VERDİ – FAKT

12:14, 07.07.21
Manşet
ZAKİR HƏSƏNOV MİLYONÇU İCRA BAŞÇISININ OĞLUNA DİPLOM VERDİ – FAKT
Müdafiə naziri Zakir Həsənov Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərliyə guya 44 günlük müharibədə orduya göstərdiyi dəstəyə görə Fəxri Fərman verib. TİA. Az xəbər verir ki, bu haqda faktı bloger Mehman Hüseynov aşkarlayıb.
Ənvər Ənvərli bugünlərdə Mehman Hüseynovun başqa bir araşdırmasında bahalı maşınları ilə gündəmə gəlmişdi.
Fəxri fərmanda deyilir ki, Ə. Ənvərli müharibə dövründə vətəndaşlıq borcunu guya layiqincə yerinə yetirib. Deyəsən, fərman onun bahalı maşın kolleksiyasına sahibləndiyi üçün verilib. Əgər vətəndaşlıq borcu budursa, onda fəxri fərman “halal” olsun. Bloger qeyd edib ki, bu cür diplomlar bir sıra məmur balalarına təqdim olunub. Hətta nazirlik onlara tapşırıb ki, diplomları sosial mediada yaymayın.
Oxşar xəbərlər:
Şərhlər: