» » Cəlilovlar ölkədən qaçır - İDDİA

Cəlilovlar ölkədən qaçır - İDDİA

17:40, 26.10.16
Media
Cəlilovlar ölkədən qaçır - İDDİA
Bir müddət əvvəl keçmiş sahibi müğənni Röyanın eks qayınatası Çingiz Cəlilova qaytarıldığı bildirilən "Çudo Peçka” mağazalar şəbəkəsi uğrunda mübarizə yenidən qızışıb. Mağazalar şəbəkəsinin sahibi ilə «Bank Standart» rəhbərliyi arasında məhkəmə çəkişməsi indii elə həddə çatıb ki, Cəlilvlar ölkədən getmək niyyətindədirlər. Bəs məsələnin kökündə nə dayanır? Məlumata görə, 2002-ci ildə Cəlilov Çingiz Asim oğlu tərəfindən yaradılan «Çudo Peçka» MMC uzun müddət «Bank Standart» QSC ilə əməkdaşlıq edib və onların arasında kredit münasibətləri mövcud olub. 2011-ci ilin əvvəlində isə bu kredit münasibətləri tərəflər arasında daha böyüyüb, hətta iş birliyi yaranıb. Belə ki, «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman, «Çudo Peçka» MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin «Bank Standart» QSC-nin idarəçiliyinə verməsini, həmçinin «Çudo Peçka» MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilməsini Çingiz Cəlilova təklif edib. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, bunun müqabilində, Səlim Kriman müəssisənin Banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30.000 AZN ödəyəcəyini söz verib. Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov Səlim Krimanla razılaşıb. Bununla bağlı tərəflər arasında rəsmi müqavilə də var. Tərəflər arasında həmçinin «Çudo Peçka» MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən «KEA Holdings Limited» adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi, həmçinin «Çudo Peçka» MMC-nin «Bank Standart» QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən «Bakery Operating Company» MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb. Beləliklə, «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman "Çudo Peçka» MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% indiyə qədər Cəlilovlara məxusdur), Çudo Peçka» MMC-ni idarə etməyə başlayıb. Göstərilən müqavilələr bağlanıldıqdan 1 il sonra, yəni 2012-ci ilin fevral ayında Səlim Kriman «Çudo Peçka» MMC-ni inkişaf etdirmək məqsədi ilə böyük məbləğlərdə pula ehtiyac olduğunu bildirərək, Cəlilov Çingiz və onun yaxın qohumları - doğma qardaşı və iki oğluna kredit müqavilələrinə imza etdirməklə, Bank Standartdan 20 milyona yaxın vəsait ayrılmasına nail olub. Cəlilovların həmin dövrdə pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin fəaliyyətinə sərf olunmasına şübhələri olmayıb. Lakin, 2014-cü ildə məlum olub ki, «Bank Standart» QSC onları məhkəməyə verib və məhkəmədə iştirakları olmadan əleyhlərinə qətnamə də qəbul edilib. Qərarda külli miqdarda pul vəsaitlərinin onlardan tutulacağı göstərilib. Bir qədər sonra isə Səlim Krimanın işdən kənarlaşdırıldığı məlum olub. Bu isə bankdan götürülən 20 milyonun Cəlilovlar tərəfindən ödənilməli olacağı deməkdir. İndi Standartbank qapandıqdan sonra vəziyyət daha a gərэinləşib. Cəlilvların başqa borcları da var. Həmin öhdəliyi yerinə yetirə bilmədiklərindən ümumiyyətlə ölkədən qaçmaq niyyətindədirlər. Bir qədər əvvəl Çingiz Cəlilov Fazil Məmmədova yaxınlaşmaq istəyib. Amma vergilər naziri onu yaxına buraxmayıb. Hətta "Çudo Peçka”ya vergi yoxlaması göndərilib. Hazırda durum elədi ki, vergi maxinasiyasına görə, Cəlilovları həbs də gözləyə bilər. Son günlər kafe-mağazalarda vəziyyət ürəkaçan deyil. Şirkətdə əməlli ixtisarlar gedir. İşçilərin ixtisarından sonra bir adam iki-üç nəfərin yerinə işlədilir. Əməkdaşlardan birini məlumatına görə, onlar günün 12 saatını işləyirlər. "Ancaq maaşımız çox azdır. (rublika) Az olmağı bir yana, heç vaxtında da verilmir. Hər bayram bizə əlavə pul verilirdi. İndii elə olur ki, aylarla maaşsız qalırıq” deyə, əməkdaş bildirib.
Oxşar xəbərlər:
Şərhlər: