» » Maliyyə yardımı ayrılan qəzetlər açıqlandı - SİYAHI

Maliyyə yardımı ayrılan qəzetlər açıqlandı - SİYAHI

19:20, 03.02.20
Media
Maliyyə yardımı ayrılan qəzetlər açıqlandı - SİYAHI
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən Lent.az -a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

Fondun 2019-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;2020-ci ilin I yarısı üzrə qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;Fondun 2020-cı il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;Fondun 2020-cı il üçün ekspertlər siyahısının müzakirəsi və təsdiqi.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2019-cu ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondun ötən il gündəlik, günaşırı və həftəlik nəşr olunan 25 ictimai-siyasi qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 4.000 səhifədən çox yazının dərc edildiyini bildirib.

2019-cu ildə Fondun yaranmasının 10-cu ildönümünün tamam olduğunu xatırladan Vüqar Səfərli bu münasibətlə yubiley tədbirinin təşkil edildiyini, eyni zamanda qısametrajlı film və fotoalbomun hazırlandığını diqqətə çatdırıb.

Jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 144-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Fond 2019-cu ildə Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 dəfə), "Azərenerji" ASC və Dövlət Statistika Komitəsi ilə birgə əlavə 5 yazı müsabiqəsi keçirib. Ümumilikdə, 8 müsabiqədə 596 nəfər iştirak edib, onlardan 403 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor, həmçinin bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ilin iyun ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri təşkil edilib.

Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Hesabat ətrafında aparılan müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov, Ramiz Əskər və Ayaz Mirzəyev çıxış edərək Fondun fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi 2020-ci ilin I yarısı üçün qəzetlərə maliyyə yardımı müsabiqəsinə təqdim edilmiş layihə sənədləri müzakirə edilib. Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olan ictimai-siyasi qəzetlərin 2019-cu ilin II yarısında olduğu kimi, yayım və tirajlarına görə 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).
Müşahidə Şurasının iclasında üçüncü məsələ kimi Fondun 2020-ci il üzrə Tədbirlər Planı da müzakirə olunub. Cari ilin respublikamızda "Könüllülər ili" elan olunduğunu, eyni zamanda Milli Mətbuatının yaranmasının 145-ci ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran Vüqar Səfərli Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək qəbul edilib.

İclasda, həmçinin Fondun 2020-ci il üzrə layihələrin qiymətləndirilməsini həyata keçirəcək ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

I kateqoriya - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər



Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

"Yeni Azərbaycan” qəzeti

20000

"Bakı-Xəbər” qəzeti

20000

"Yeni Müsavat” qəzeti

20000

"Səs” qəzeti

20000

"Mövqe” qəzeti

20000

II kateqoriya - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər



Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

1.

"Həftə içi” qəzeti

10000

2.

"Novoye Vremya” qəzeti

10000

3.

"Azernews” qəzeti

10000

4.

"525-ci qəzet”

10000

5.

"Xalq Cəbhəsi” qəzeti

10000

6.

"Paralel” qəzeti

10000

7.

"Hürriyyət"

10000

8.

"Olaylar” qəzeti

10000

9.

"Palitra” qəzeti

10000

10.

"Ədalət” qəzeti

10000

11.

"Üç nöqtə” qəzeti

10000

12.

"Azad Azərbaycan” qəzeti

10000

13.

"Şərq” qəzeti

10000

III kateqoriya - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.



Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

"Oxu məni” qəzeti

5000

"Unikal" qəzeti

5000

“Hərbi And” qəzeti

5000

"Türküstan" qəzeti

5000
Oxşar xəbərlər:
Şərhlər: