» » “İki sahil” qəzetinin nəşrə başlamasından 31 il ötür

“İki sahil” qəzetinin nəşrə başlamasından 31 il ötür

16:16, 11.07.22
Media
“İki sahil” qəzetinin nəşrə başlamasından 31 il ötür
Müasir müstəqil Azərbaycan ilə həmyaşıd, çağdaş mətbuatımızın yaranmasında və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in ilk nömrəsi 1991-ci ilin iyulun 10-da işıq üzü görüb.

“Report” xəbər verir ki, bu gün mətbu orqanın 31 illik yubileyidir.

Hazırda qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. “İki sahil”in daim yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilindən və xaricindən ən doğru və düzgün xəbərlər operativ şəkildə oxuculara çatdırılır. Bununla yanaşı, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” internet televiziyası da izləyicilərin böyük rəğbətini qazanıb.


Qeyd edək ki, qəzetin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir.

“Report” İnformasiya Agentliyinin kollektivi “İki sahil” qəzetində çalışan həmkarlarını 31 illik yubiley münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində və şəxsi işlərində uğurlar arzulayır!
Oxşar xəbərlər:
Şərhlər: