» » Fransa mətbuatı Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlığın inkişaf etməsindən yazıb

Fransa mətbuatı Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlığın inkişaf etməsindən yazıb

11:30, 16.09.22
Media
Fransa mətbuatı Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlığın inkişaf etməsindən yazıb
Fransanın “La Gazette”xəbər portalı Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi barəsində məqalə dərc edib.

Trend xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüşü də geniş şəklildə işıqlandırılıb.

Məqalədə bildirilib ki, görüş ərəfəsində hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, habelə Azərbaycanla Çin arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı da qeyd olunub.

Çin Xalq Respublikasının dövlət başçısının nitqindən bir iqtibas verərək, məqalədə vurğulanıb ki, Çin hər iki ölkələr arasındakı əlaqələrin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyir və Azərbaycanın bu əlaqələrin inkişafına mühüm əhəmiyyət verməsini çox yüksək qiymətləndirir.

Həmçinin əlavə olunub ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir.
Oxşar xəbərlər:
Şərhlər: