» » Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqlayıb

Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqlayıb

14:48, 17.09.22
Qarabağ / Manşet
Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqlayıb
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanmışdır. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılmış, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.
Oxşar xəbərlər:
Şərhlər: