» » Zəngəzur dəhlizi açıldıqdan sonra...

Zəngəzur dəhlizi açıldıqdan sonra...

15:52, 20.09.22
Qarabağ / Manşet
Zəngəzur dəhlizi açıldıqdan sonra...
Zəngəzur dəhlizi açıldıqdan sonra...
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001 – ci ildə Qazaxıstan,Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu çıxışı ilə diqqəti cəlb edib. Azərbaycanın tranzit və nəqliyyat – logistika imkanları barədə geniş məlumat verib. Azərbaycan Şərq - Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhvələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu ilə yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024- cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Prezident İlham Əliyevin savadlı, məzmunlu çıxışına görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dərin təşəkkürümü bildirirdi və söylədi ki, Sizin qeyd etdiyiniz kimi, ilk növbədə nəqliyyat – kommunikasiya və iqtisadi – ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraq doğurur.

Ümid edirik ki, Səmərqənd Sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək.

Samirə Abdullayeva,
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Oxşar xəbərlər:
Şərhlər: