» » Rəsul Quliyev Cəmil Həsənlini biabır etdi: - "Onun tarixdən başı çıxmır"

Rəsul Quliyev Cəmil Həsənlini biabır etdi: - "Onun tarixdən başı çıxmır"

18:16, 14.03.17
Siyasət
Rəsul Quliyev Cəmil Həsənlini biabır etdi: - "Onun tarixdən başı çıxmır"
ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyev Milli Şuranın sədri Cəmil Həsənli ilə bağlı tənqidi fikirlər səsləndirib.

AzVision.az xəbər verir ki, R.Quliyev “Facebook” səhifəsində C.Həsənlinin “Azadlıq” qəzetində dərc olunan məqaləsinə münasibət bildirərək onun tarixdən başının çıxmadığı deyib.

““Azadliq” qəzetində 2013-ci il prezident seçkilərində 65 faiz səs topladığını elan edən, tarixdən başı çıxmayan, ancaq özünü professor adlandıran bir şəxs növbəti cızma qara ilə xalqı çaşdırmağa cəhd edir. “Mənə xalqın 65 faizi səs verib” deyən bir şəxsin mitinqə min nəfər belə toplaya bilməməsindən rüsvayçı hal ola bilərmi? Bu, sözün əsl mənasında psixikası normal olmayan adamın sayıqlamasıdır. Guya səs verənlərin 3 milyona yaxını professora səs verib. Hətta 6 faiz götürsək, belə çıxır ki, 300 min adam ona səs verib. Sadəcə rüsavayedici mənzərə və mitinqə min nəfər toplaya bilməyən adamın sayıqlamasıdır”-deyə R.Quliyev yazıb.
Oxşar xəbərlər:
Şərhlər: