» » Siyavuş Novruzov Tofiq Yaqublu ilə bağlı açıqlama verdi

Siyavuş Novruzov Tofiq Yaqublu ilə bağlı açıqlama verdi

21:50, 10.09.20
Siyasət
Siyavuş Novruzov Tofiq Yaqublu ilə bağlı açıqlama verdi
Mənim Novella Cəfəroğlu ilə bu mövzuda söhbətim olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov hüquq müdafiəçisi Novella Cəfəroğlunun Tofiq Yaqublu ilə bağlı onun adından səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, onun adından gedən bu məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün hüquq müdafiəçisi Novella Cəfəroğluna istinadən millət vəkili Siyavuş Novruzovun həbsdə olan Tofiq Yaqublu ilə bağlı fikirləri dərc edilib. Yazıda qeyd olunur ki, S.Novruzov Qarabağ qazisi olduğu üçün T.Yaqublunun azadlığa buraxılmasını istəyib.
Oxşar xəbərlər:
Şərhlər: