» » Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı

13:51, 24.01.21
Siyasət
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb.
Bu barədə XEZER.INFO “NTV”-yə istinadən xəbər verir.
Kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da əlaqə saxlayıb.
Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.
Oxşar xəbərlər:
Şərhlər: