» » Nazirlik: "İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının olması protokola uyğundur"

Nazirlik: "İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının olması protokola uyğundur"

20:16, 07.05.22
Siyasət / Köşə yazıları
Nazirlik: "İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının olması protokola uyğundur"
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ikitərəfli görüşün keçirildiyi otaqda BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsi protokol qaydalarına tam uyğundur.

Belə ki, 2021-ci ildə Maldiv Respublikasının nümayəndəsi Abdulla Şahid BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib. BMT Baş Assambleyasında sədrliyi həyata keçirən ölkə BMT bayrağı ilə yanaşı öz dövlətinin bayrağını Prezidentin ofisində sərgiləyir.
Oxşar xəbərlər:
Şərhlər: