» » Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

12:14, 29.05.22
Siyasət
Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

“Report” xəbər verir ki, Bolqarıstan liderinin dəvəti Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrikdə yer alıb.

“Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”, - Rumen Rudev qeyd edib.
Oxşar xəbərlər:
Şərhlər: