» » Prezident İlham Əliyev Azərbaycanda həm ənənəvi, həm də bərpa olunan enerjinin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb - Metyu Brayza

Prezident İlham Əliyev Azərbaycanda həm ənənəvi, həm də bərpa olunan enerjinin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb - Metyu Brayza

15:28, 03.06.22
Siyasət
Prezident İlham Əliyev Azərbaycanda həm ənənəvi, həm də bərpa olunan enerjinin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb - Metyu Brayza
Prezident İlham Əliyev Azərbaycanda həm ənənəvi, həm də bərpa olunan enerjinin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

"Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında gözəl nitqlə çıxış etdi. Dövlət başçısı əvvəlcə Azərbaycanın ABŞ-ın güclü dəstəyi, bp və digər beynəlxalq şirkətlərlə tərəfdaşlıq çərçivəsində neft-qaz ehtiyatlarının işlənməsi və Azərbaycandan Gürcüstana, Türkiyəyə və Avropaya boru kəmərlərinin işə salınması üçün gördüyü işlərdən danışdı. Əlbəttə, bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa boru kəmərləridir ki, ilk dəfə Xəzərdəki hasilatçılara hər hansı bir digər boru xətti sistemindən asılı olmadan öz neftini bazara çatdırmaq imkanı verib", - deyə o bildirib.

M.Brayza qeyd edib ki, Azərbaycanın uğurları ölkəyə hazırda Aİ-yə əlavə qaz həcmləri əldə etməyə kömək imkanı verir.

"Azərbaycan "Ümid-Babək" və "Abşeron" kimi əlavə yataqları, eləcə də "Azəri-Çıraq-Günəşli"nin daha dərin yataqlarının işlənməsi üçün daha çox investisiya cəlb etdiyi üçün bu, bir neçə il çəkəcək. Artıq qazın Gürcüstan, Türkiyə və Avropaya çatdırıldığlı boru kəmərlərinin genişləndirilməsinə zərurət var. Prezident İlham Əliyev həmçinin bərpa olunan enerji mənbələrinin Azərbaycan üçün nə cür əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadə etməklə böyük enerji dövlətinə çevrilmək niyyətindədir.

Dövlət başçısı həm də Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialından da danışıb ki, bu da 157 giqavatt təşkil edir. Beləliklə, təkcə Xəzər dənizində investisiyalarla vaxt keçdikcə 157 giqavatt elektrik enerjisi istehsal etmək mümkün olacaq. Qarabağda isə 9000-10000 meqavatlıq günəş və külək enerjisi potensialı mövcuddur. Ona görə də Qarabağ bərpa olunan enerji sahəsində böyük perspektivlərə malikdir”, - deyə M.Brayza vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)
Oxşar xəbərlər:
Şərhlər: