» » Yaqub Eyyubov Atambayevlə görüşdü

Yaqub Eyyubov Atambayevlə görüşdü

14:59, 07.06.16
Siyasət
Yaqub Eyyubov Atambayevlə görüşdü
Qırğızıstan prezidenti Almazbek Atambayev MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclasında iştirak etmək üçün Bişkekə səfərə gələn nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

“Xezer.info” Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib. Almazbek Atambayev bildirib ki, Qırğızıstana MDB Hökumət Başçıları Şurasının yubiley görüşünü keçirmək nəsib olub və mən bundan çox məmnundur. İclasa işində uğurlar arzulayan dövlət başçısı əmin olduğunu bildirib ki, bu ilin sentyabrında Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasını da yüksək səviyyədə keçirməyə nail olacaqlar.

Almazbek Atambayev MDB-də və bu qurumun işçi orqanlarında islahatlar aparılmasını dəstəkləyib və qeyd edib ki, bugünkü iclasda da bu istiqamətdə müzakirələr aparılacaq.
Oxşar xəbərlər:
Şərhlər: