» » İran Azərbaycanla sərhədə hərbi texnika yığır? - Video

İran Azərbaycanla sərhədə hərbi texnika yığır? - Video

11:53, 04.08.22
Siyasət
İran Azərbaycanla sərhədə hərbi texnika yığır? - Video
Ermənistan XİN-in “Azərbaycanın Laçın dəhlizində təktərəfli şəkildə qanuni rejimi dəyişdirmə cəhdi qəbul edilə bilməz” açıqlaması rəsmi İrəvanın destruktiv mövqeyindən və vaxt qazanmaq üçün məsələni uzatmaq istəyindən xəbər verir.

Bu sözləri Axar.az-a Qarabağda baş verən son erməni təxribatı haqqında danışan Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib. Professora görə, Bakı qəti və sürətli davranmalı, nə Moskvaya, nə də İrəvana prosesi uzatmaq, çıxılmaz hala salmaq üçün manevr imkanı verməlidir:

“Bu gün Şuşanın şimalı və Xocalının cənubunda yerləşən Xankəndi mərkəzli problem bölgədə vəziyyəti çox gərginləşdirəcək vəziyyətdədir. Azərbaycan Qarabağın “status” məsələsinin artıq gündəmdə olmadığını, sözügedən bölgənin digər ərazilərdən heç bir şeylə fərqlənmədiyini vurğulayır. Ermənistan isə müxtəlif manipulyasiya və təxribatlarla “status” məsələsini davam etdirmək və reallaşdırmaq istəyir.

Elə bu məqamda ən qaynar nöqtə olan Laçın dəhlizindən bəhs etmək istəyirəm. Təxminən 5 km enində dəhliz 10 noyabr bəyannaməsinə görə, 5 illiyə rus sülhməramlılarının nəzarətinə verilib. Bəyannamənin 4-6-cı maddələrinə görə Rusiya Federasiyasının sülhməramlıları Ermənistan qoşunlarının və separatçıların ərazini tərk etməsi ilə eyni vaxtda bölgəyə yerləşməli idi. 5 il sonra isə rus sülhməramlıları burdan çıxmalıdır, əgər tərəflər istəsə, müddət uzadıla bilər. Bəhs etdiyimiz maddələr Rusiyanın əlini nisbətən gücləndirir və ona siyasi manipulyasiya imkanı verir.

Rəsmi Bakı isə bununla bağlı ərazi bütövlüyü prinsipindən yanaşaraq “status” məsələsini birdəfəlik dəfn etmək istəyir. İkincisi isə yekun sülh müqaviləsinin mətninin hazırlanmasına nail olaraq Ermənistanı danışıqlar masasında saxlamaq üçün çalışır. AB çərçivəsindəki müzakirələr və rəsmi Bakının Laçın dəhlizi haqqında narahatlıqlarını daha möhkəm şəkildə dilə gətirməsi sözügedən fəaliyyətin nəticəsidir. Azərbaycan Müdafiə Nazirliyinin dünən verdiyi rəsmi açıqlamada ən önəmli cümlə budur:

“Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”.

Gerçəkləşdirilən “Qisas” əməliyyatı və verilən açıqlamalar Azərbaycanın qətiyyətini göstərir”.
Oxşar xəbərlər:
Şərhlər: