» » MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-YƏ TABE OLAN İMİŞLİ RAYONUNDA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSİSƏ RƏHBƏRLƏRİNİ ZAKİR QULİYEV HİMAYƏ EDİR?

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-YƏ TABE OLAN İMİŞLİ RAYONUNDA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSİSƏ RƏHBƏRLƏRİNİ ZAKİR QULİYEV HİMAYƏ EDİR?

11:32, 18.11.16
Sosial
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-YƏ TABE OLAN İMİŞLİ RAYONUNDA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSİSƏ RƏHBƏRLƏRİNİ ZAKİR QULİYEV HİMAYƏ EDİR?
Rayon ərazisindəki kollektorların guya təmizlənməsi ilə bağlı hər ay büdcədən ayrılan vəsaitin miqdarı təxminən 30 min manatdır.

Bir neçə gün öncə Conflict.az-da etibarlı mənbədən aldığımız məlumatda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan, İmişli rayonunda fəaliyyət göstərən təxminən beşə qədər təşkilatda baş verən qanunsuzluqlarla bağlı məlumat dərc edilmişdi. Məlumatda qeyd edilirdi ki, İmişli rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan 4 qurum fəaliyyət göstərir. Mirqoca Mirişovun rəhbərlik etdiyi Bəhramtəpə Hidroqovşaq idarəsi, Qasım Qasımovun rəhbərlik etdiyi Kollektorların İstismarı və Bərpası idarəsi, Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Mil - Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsi və s. Məlumatda qeyd olunurdu ki, idarələrə təyinatı üzrə istifadə edilmək üçün verilən sement, armatur kimi inşaat materialları İmişli və ətraf rayon bazarlarında, ASC-yə tabe idarələrələ əlaqəli fəaliyyət göstərən sahibkarlara məxsus ticarət obyektlərində realizə olunur. Benzin və dizel tipli yanacaqların bir qisimi isə əsasən yanacaqdoldurma məntəqələrinə satılır. Məsələnin ən maraqlı tərəfi isə benzin və dizel tipli yanacaqlar uzun müddətdir ki, istismara yararlı olmayan avtomobillərin sayına görə alnır. Məlumatda o da qeyd olunurdu ki, İmişli rayonunda yerləşən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan idarələrin balansında olan “Hundai” markalı traktorlar rayon ərazisində fəaliyyət göstərən çoxsaylı qum – çınqıl karxanalarına günü 100 – 150 manat olmaqla icarəyə verilib. Həmin idarələrdən birində çalışan şəxsin söylədiyinə görə “türklərin karyeri” adlanan karxanaya qeyri – rəsmi icarəyə verilmiş traktorun bir günü üçün müəyyən olunmuş məbləğ 150 manatdır. Mənbə əlavə olaraq bildirdi ki, orta aylıq əmək haqqı təxminən 300 – 350 manat olan əksər idarələrdə kifayət qədər “”ölü canlar işləyir”.

Məsələ ilə əlaqədar bütün instansiyalar məlumatlı olsalar da, hadisələrin gedişi sükutla izlənilir. Conflict.az-a məlumat verən mənbə onu da bildirirdi ki, müəssisə rəhbərləri qanunsuzluqları görən, lakin göz yuman müvafiq quruma hər ay 3000 manat “ödəniş” etdiklərini yaxın ətraflarının yanında dəfələrlə etiraf ediblər. Mənbə əlavə olaraq onu da bildirmişdi ki, həmin qurum Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti deyil.
Conflict.az-a məhz həmin idarələrdən birində çalışan şəxsin bu gün verdiyi məlumatda bildirilir ki, rayon ərazisindəki kollektorların guya təmizlənməsi ilə bağlı hər ay büdcədən ayrılan vəsaitin miqdarı təxminən 30 min manatdır. Halbuki kollektorların sonuncu dəfə nə vaxt təmizlənməsi tarixini dəqiq bilən yoxdur. Mənbənin bildirdiyinə görə rayonun Cəfərli kəndindən keçən kollektorlar isə baxımsızlıqdan tamamilə sıradan çıxıb.
Conflict.az-ın dərc etdiyi məlumatdan sonra idarə rəhbərlərindən biri yarızarafat – yarıcıddı “biz pis heç nə etmirik, əslində “бестоварная операция” edirik” - deyib. Yəni verilən mal pula çevirilib geri qaytarılır. Amma kimə? Uzun illərdir ki, mətbuat iri çinli məmurların rəhbərlik etdikləri qurumların tabeçiliyinə olan müəssisələrə özlərinə məxsus şirkətlər vasitəsilə idxal və ya istehsal etdikləri məhsulları məsburi satmaları ilə bağlı məlumatlar dərc edirlər. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan, İmişli rayonunda fəaliyyət göstərən müəssisələrdən birində çalışan şəxsin verdiyi məlumatdan aydın olur ki, idarə rəhbəri “бестоварная операция” deyərkən, rəhbərinə məxsus şirkətlərin idxal və ya istehsal etdiyi “malı” dövlətdən maliyyələşən və dövlətə məxsus müəssisə hesabına pula çevirib geri qaytardığnı söyləyir. Dolayısı ilə əməlindən narahat olaraq, qanunsuz əməlinin səbəbkarı kimi rəhbərini göstərir. Mənbənin verdiyi məlumatda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan Aran bölgəsində, o cümlədən də İmişli rayonunda fəaliyyət göstərən müəssisə rəhbərlərini ASC-nin əslən Sabirabaddan olan sədr müavini Zakir Quliyevin himayə etdiyi qeyd olunur. Məlumatı verən mənbə əlavə olaraq onu da bildirdi ki, müəssisə rəhbərlərinin sədr müavininin adından istifadə etmələri öz əməllərini pərdələmək məqsədi də daşıya bilər. Çünki MST ASC-yə tabe olan İmişlidəki qurumların rəhbərləri olduqca böyük kapitala sahibdirlər. Mənbənin bildirdiyinə görə İmişli rayon Kollektorların İstismarı və Bərpası idarəsinin rəisi Qasım Qasımovun yalnız Qulubəyli kəndində iki mindən çox iri və xırda buynuzlu heyvanın olduğu ferması var.

Onu da qeyd edək ki, MST ASC-yə məxsus İmişlidə fəaliyyət göstərən müəssisə rəhbərlərinin demək olar ki, əksəriyyətinin iri və ya xırda buynuzlu heyvanların yetişdirildiyi fermaları var. Ötən il rayonun Çahar kəndi ərazisində tikinti materiallarının satışı ilə məşğul olan Maarif adlı sahibkar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan İmişlidəki idarələrdən birinin rəisinə məxsus Beyləqan rayonu ərazisindəki fermanı, aldığı tikinti materallarının müqabilində yaranan 180 min manat borcun əvəzi olaraq rəisdən alıb, öz mülkiyyətinə keçirmişdi. Yaxın günlərdə həmin müəssisə rəhbərinin adını dəqiqləşdirib, Conflict.az-ın oxucularına təqdim edəcəyik.

Mövzuya qayıdacağıq.
Oxşar xəbərlər:
Şərhlər: