» » 5 saylı Xəstəxanada özbaşınalıq davam edir (ŞİKAYƏT)

5 saylı Xəstəxanada özbaşınalıq davam edir (ŞİKAYƏT)

19:12, 14.09.20
Sosial
5 saylı Xəstəxanada özbaşınalıq davam edir (ŞİKAYƏT)
5 saylı Şəhər Klinik Xəstəxananın Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısı işdən çıxarılıb.

Bu barədə Qaynarinfo-ya şikayətçi Hümbətova Xatirə Abdulla qızı özü məlumat verib. Böyük tibb bacısı bu məsələdə bir başa xəstəxananın Baş həkimi Fazil Alməmmədovu ittiham edib:

“5 saylı Şəhər Klinik Xəstəxanada özbaşınalıq davam edir. Mən Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısıyam. Baş həkim Fazil Alməmmədov məni heç bir əsas olmadan vəzifəmdən azad edib. Hər şey şər-böhtan üzərindən başlayıb. Şöbəmin əməkdaşı ilə bağlı kadrlar şöbəsində çalışan Esmira xanıma narazılıq etdim. Həmin vaxt Baş həkimin Elvira adlı yaxın qohumu söhbətə kənardan kobud şəkildə müdaxilə etdi. Bundan sonra Baş həkim mənimlə bağlı ona şikayətlərin olduğunu və işi bacarmadığımı və vəzifəmdən uzaqlaşdırıldığımı bildirdi. Gah məndən tələb edirlər ki, işçilər işi bacarmadıqları halda raport yazım, gah da yazdığım raportları nəzərə almırlar. Konkret şəkildə özlərinin işə götürdükləri işçiləri əzizləyirlər”.

Xatirə Hümbətova deyir ki, əlində iynə, şpris tutmağı bacarmayan işçiyə xəstə verməyimi tələb edirlər:

“Onların müdafiə etdikləri konkret şəkildə özlərinin işə götürdükləridir. Köməkçim kimi çalışan Əliyeva Könül Nizami qızı isə deyir ki, “Esmira xanıma 1200 azn pul verib işə girmişəm, heç kim mənə heç nə deyə bilməz”. Bunlar hələ mənim dediyim cüzi şeylərdir”.

5 saylı Şəhər Klinik Xəstəxanadan isə Qaynarinfo-ya bildirdilər ki, Xatirə Hümbətova həqiqətən böyük tibb bacısı vəzifəsindən çıxarılıb:

“Amma o, tibb bacısı kimi xəstəxanada işləyir”.
Oxşar xəbərlər:
Şərhlər: