» » Koronavirusun yayılmasında rekord qeydə alındı

Koronavirusun yayılmasında rekord qeydə alındı

20:24, 13.11.20
Sosial
Koronavirusun yayılmasında rekord qeydə alındı
Son 24 saat ərzində dünyada COVID-19 virusuna 66 053 nəfər yoluxub, 11 617 nəfər xəstəliyin qurbanı olub, bu da indiyədək qeydə alınmış ən yüksək gündəlik rəqəmlərdir.

Cons Hopkins Universiteti xəbər verir ki, yoluxma hallarının yarıdan çoxu Avropa ölkələrinin payına düşür.

Asiya və Amerika ölkələrində isə yoluxma halları xeyli azalıb, yalnız ABŞ və İranda artmaqda davam edir.

İndiyədək dünyada koronavirusa 52 824 078 nəfər yoluxub, bunların 1 294 657 nəfəri ölüb, 34 205 515 nəfəri isə sağalıb. Yoluxmaların ümumi sayına görə ABŞ (10 555 469), Hindistan (8 728 795) və Braziliya (5 781 582) öncül yerlərdədir./report
Oxşar xəbərlər:
Şərhlər: