» » Koronavirusun daha bir ştammı aşkar edildi

Koronavirusun daha bir ştammı aşkar edildi

20:49, 20.02.21
Sosial
Koronavirusun daha bir ştammı aşkar edildi
Alimlər koronavirusun yeni – “yapon” ştammının aşkar olunduğunu bəyan ediblər.

“RİA Novosti”nin məlumatına görə, mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını bildiriblər.

Onlar həmçinin vurğulayıblar ki, ştammın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştammı aşkarlanıb. (Virtualaz.org)
Oxşar xəbərlər:
Şərhlər: