» » Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib

Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib

19:39, 23.09.20
Xəbər
Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib
Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib.

Dominant.az xəbər verir ki, Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləyib, problemləri ilə maraqlanıb. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilib, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanıb.

Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak edib, yerində həll oluna biləcək məsələlərə münasibət bildirib.

Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilib, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılıb. Millət vəkili seçicilərin diqqətinə çatdırıb ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılıb və dövlət proqramı təsdiq edilib.

S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.
Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanıb, vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirib.

Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olub, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirib.
Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib
Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib
Oxşar xəbərlər:
Şərhlər: