» » ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

19:46, 16.11.20
Xəbər
ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”
"Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-ün baş direktoru bildirib.

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: "Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.
Oxşar xəbərlər:
Şərhlər: