» » Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ

Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ

18:00, 19.02.21
Xəbər
Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ
“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməyib.

Bu barədə “Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib.

T.Mustafayev qeyd edib ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd: Yayılan məlumatlara əsasən, əhali üçün bir kilovat elektrik enerjisinin qiyməti 14 qəpiyə qaldırılır. Hazırda 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.
Oxşar xəbərlər:
Şərhlər: