» » Kamran Əliyev Rusiyaya getdi

Kamran Əliyev Rusiyaya getdi

12:32, 07.07.21
Xəbər
Kamran Əliyev Rusiyaya getdi
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqa yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edəcək.

“Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Kamran Əliyev Rusiyaya getdi
Oxşar xəbərlər:
Şərhlər: